Xabinin agentindən bu söz-söhbətə reaksiya: Şayiədir
“Bayer” və “Real Madrid”in keçmiş baş məşqçisi Xabi Alonsonun maraqlarını təmsil edən futbol agenti İnaki İbanes “Liverpul”la bağlı xəbərlərə münasibət bildirib.
Aut.az xəbər verir ki, agent İngiltərənin aparıcı klublarından biri ilə razılaşma əldə edilməsi ilə bağlı xəbərləri təkzib edib. O bildirib ki, “Liverpul”la müqavilə bağlamaq barədə xəbərlər sadəcə şayiədir.
“Xabi hazırda karyerasını növbəti mövsüm davam etdirmək üçün müxtəlif variantları nəzərdən keçirir”, – agent deyib.
Xatırladaq ki, “qırmızılar”ın baş məşqçisi vəzifəsini hazırda Arne Slut tutur.
Aut.az
