İdman tarixinin ən yaxşı komandalarının siyahısı tərtib edilib.
Aut.az xəbər verir ki, siyahını “The Athletic” hazırlayıb. Reytinqə konkret mövsümlərdəki komandalar daxildir.
Siyahıya bir xokkey komandası daxil edilib – 1976-1977-ci illərin “Monreal Canadiens”i. Onlar 1975-ci ildən 1982-ci ilə qədər hər mövsüm Stenli Kubokunu qazanıblar. Futboldan isə “Barselona”, “Lester” və ABŞ-ın qadın yığması siyahıda yer alıb. Siyahıda ümumilikdə 20 komanda var.
Basketbol: “Çikaqo Bulls” – 1996; “Los-Anceles Leykers”-1986-1987; ABŞ Olimpiya komandası -1992.
Futbol: “Barselona” – 2008/2009 mövsümündə; 2015/2016 mövsümündə “Lester”; ABŞ-ın qadınlardan ibarət yığması – 2019.
Xokkey: “Monreal Canadiens” – 1976 və 1977.
Atletika: Yamayka yığması – 2012.
Beysbol: “New York Yankees” – 1998; “Chicago White Sox” – 2005.
Amerika Futbolu: “San Francisco 49ers” – 1989; “Mayami Dolfins” – 1972; Nebraska Kolleci (NCAA) – 1995; “Çikaqo Bearz” – 1985.
Reqbi: “Sent Helens” – 2006; Yeni Zelandiya yığması – 2015/2016 mövsümü.
Kriket: Avstraliya yığması – 2003; “Uest İndis” – 1984.
Formula 1: “Mercedes” – 2006.
Avstraliya Futbolu: “Essedon” – 2000.
Aut.az