Hazard “Real”dan ayrıldı – Rəsmi açıqlama
Eden Hazard bu mövsümün sonunda “Real”dan ayrılacaq.
Aut.az xəbər verir ki, bu barədə məlumatı “Real”ın rəsmi saytı yayıb.
Futbolçunun müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutmuşdu.
Mətbuat Hazardın seçimlərindən birinin çoxsaylı zədələrə görə karyerasını bitirmək olduğunu, lakin yekun qərarın hələ verilmədiyini yazır. 32 yaşlı futbolçu bu mövsüm 10 oyuna çıxıb.
Bundan əvvəl Eden Belçika millisindəki karyerasını başa vurmuşdu.
Aut.az
