İspaniya

La Liqada növbəti qovulma

“Real Ovyedo” baş məşqçisi Luis Karrionun istefaya göndərildiyini açıqlayıb.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qərar La Liqanın 16-cı turunda “Sevilya”ya qarşı alınan ağır məğlubiyyətdən sonra (4:0) qəbul edilib. 46 yaşlı mütəxəssis komandaya cəmi iki ay əvvəl komandaya qoşulsa da, nəticələri qaydaya sala bilməyib.

Oktyabr ayından etibarən Karrionun rəhbərliyi altında “Oviedo” 8 oyun keçirib və bu matçların heç birində qələbə qazanmayıb. Hazırda komanda 10 xalla La Liqada düşmə zonasındadır.

Qeyd edək ki, ötən gün “Real Sosyedad” da komandanın zəif nəticələrinə görə baş məşqçi Serxio Fransiskonun istefaya göndərildiyini elan etmişdi.