“Real”ı onsuz təsəvvür edə bilmirəm: Mbappe kimi deyir?
Kilian Mbappe “Real”da Viniciusla qarşılıqlı münasibətdən məmnundur.
Aut.az xəbər verir ki, fransalı forvard bu barədə “La Sexta”ya müsahibəsində bildirib.
“Mən “Real”a Vinisiusla oynamaq fikri ilə gəldim. “Real”ı Vinisiz təsəvvür edə bilmirəm.
Biz birlikdə yaxşı oynayırıq. Madridə kömək edəcəyik ”, – Mbappe deyib.
Mbappe bu mövsüm La Liqada 28 matçda 22 qol vurub və 3 məhsuldar ötürmə edib. Vinisius 24 oyunda 11 qol vurub, 5 məhsuldar ötürmə edib.
Aut.az
