İspaniya

“Real” 61 illik uğursuz seriyanı qırdı

İspaniya kubokunun ilk yarımfinal matçında səfərdə “Real Sosyedad”ı minimal hesabla məğlub edən “Real Madrid” uğursuz seriyaya son qoyub.

Aut.az xəbər verir ki, “qalaktikos”un bu qələbəsi 1964-cü ildən bu yana “ağ-göylər”lə sözügedən turnir çərçivəsində keçirilən səfər matçlarında matçlarda ilk olub. “Los Blancos” üçün İspaniya Kral Kubokunda “Sosyedad” üzərində sonuncu səfər qələbəsi 61 il əvvəl qeydə alınıb.

Qələbədən sonra ötən günkü oyuna qədər komandalar San Sebastianda 4 dəfə üz-üzə gəlib. Bütün qarşılaşmalar baskların xeyrinə başa çatıb.

Aut.az