Flik siftə edir: Rəhbərlikdən onu istədi
“Real Sosyedad”ın və İspaniya millisinin 27 yaşlı yarımmüdafiəçisi Mikel Merino karyerasını “Barselona”da davam etdirə bilər.
Aut.az xəbər verir ki, Kataloniya komandasının yeni baş məşqçisi Hans-Diter Flikin mərkəz yarımmüdafiəçisi mövqeyini gücləndirməyə əsas namizəd kimi onu görür. Bu barədə “Sport.es” məlumat yayıb.
Mənbənin sözlərinə görə, klub rəhbərliyi də yekdilliklə Merinonu seçmək qərarına gəliblər. Onlar ispaniyalı yarımmüdafiəçinin Flikin sistemində əsas oyunçuya çevriləcəyinə əmindirlər.
Qeyd olunur ki, idman direktoru Deko artıq transfer çalışmalarına başlayıb. Merino ilə “Yuventus”un da maraqlandığı bildirilir.
Qeyd edək ki, Mikel 2018-ci ildən “Real Sosyedad”da çıxış edir. Bu mövsüm yarımmüdafiəçi bütün yarışlarda 45 oyun keçirib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun İspaniya klubu ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna kimi qüvvədədir. “Transfermarkt” portalına görə futbolçunun dəyəri 50 milyon avrodur.
Aut.az
