“Bavariya”dan sürpriz qərar: yeni müqavilə təklifini geri götürdü
“Bavariya” yarımmüdafiəçi Coşua Kimmix üçün yeni müqavilə təklifini geri götürüb.
Aut.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində jurnalist Kristian Falk məlumat verib.
Daha əvvəl bildirilirdi ki, “Bavariya” Kimmixin yeni müqaviləyə əsasən maaşını illik 19 milyon avrodan 22 milyon avroya yüksəltməyi planlaşdırır. Bu, onu Harri Keyn və Camal Musialadan sonra “Bavariya”nın ən çox maaş alan üçüncü oyunçusu edəcəkdi.
Almaniya Bundesliqasının cari mövsümündə 30 yaşlı Coşua Kimmix 23 oyun keçirib, bir qol vurub və altı məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin Çempionlar Liqasında da 10 oyunu və 5 məhsuldar ötürməsi var.
Aut.az
