Ançelotti qalsa, gedəcək
“Real”ın futbolçusu Brahim Diaz komandanı tərk edə bilər.
Aut.az xəbər verir ki, Madrid klubunun baş məşqçisi Karlo Ançelotti ispaniyalı yarımmüdafiəçiylə hesablaşmır və onu planlarına daxil etmir. Bu barədə Sport.es məlumat yayıb.
24 yaşlı futbolçu bu mövsüm “qalaktikos”un əsas heyətində cəmi bir dəfə meydana çıxıb. Bu, La Liqanın 7-ci turunda – “Las Palmas”la qarşılaşmada baş verib. Brahim həmin görüşdə qol vuraraq matçın adamı olub. Görünür, bu belə Karlonu razı salmayıb. Arda Gülərin sağalması isə Diazın vəziyyətini daha da çətinləşdirə bilər.
Qışda getmək variantı real deyil. Çünki hazırda onunla maraqlanan klub yoxdur. Ançelotti yayda Madrid klubundan ayrılmasa, Diaz komandasını dəyişəcək.
Aut.az
