İspaniya

Peres Luninlə təcili görüşdü: “Real”ın prezidenti şoka düşdü

“Real Madrid”in ukraynalı qapıçısı Andrey Luninin “Los Blancos”la 2024/2025-ci il mövsümünün sonuna qədər müqaviləsi var.

Aut.az xəbər verir ki, ukraynalı hələ də “Real”la müqaviləsini yeniləməyib. Madrid mətbuatının məlumatına görə, “kral klubu”nun prezidenti Florentino Peres bu yaxınlarda Luninlə gələcəyi ilə bağlı təcili görüş keçirib və şoka düşüb.

Lunin Peresə aydın şəkildə bildirdi ki, müqaviləsini yekunlaşdıracaq və 2025-ci ilin yayında azad agent kimi klubu tərk edəcək.

Lunin ötən mövsüm “Real”ın heyətində 31 oyun keçirib, 32 qol buraxıb və 12 matçda qapısını toxunulmaz saxlayıb. Andrey bu mövsüm hələ oynamayıb.

Aut.az