Qapıçı 90+4-cü dəqiqədə komandasını məğlubiyyətdən belə qurtardı – VİDEO
Avstriya İkinci Liqasının 5-ci tur matçında “Şturm II” səfərdə “Liefering”ə məğlubiyyətdən möcüzəvi şəkildə xilas olub.
Autaz xəbər verir ki, oyunun bitməsinə 15 dəqiqə qalmış qonaqlar 0:2 hesabı ilə uduzsalar da, 78-ci dəqiqədə fərqi minimuma endirə biliblər. Artıq hakimin kompensasiya etdiyi vaxtda “Şturm”un 20 yaşlı qapıçısı Matteo Biqnetti son vuruş üçün meydan sahiblərinin cərimə meydançasına qaçaraq yekun hesabı təyin edib – 2:2.
Matteo üçün bu, peşəkar karyerasında ilk qol olub.
