Bunu yarıtmışdı, onu da alır
Son 11 ildə ilk dəfə B Seriyasına düşən İtaliyanın “Sampdoriya” klubu sahibini dəyişə bilər.
Aut.az xəbər verir ki, Britaniya mətbuatının yazdığına görə, “Sampdoriya”nı almaq üçün rəsmi təklifi “Gestio Capital” fondu edib. Onun rəhbərlərindən biri “Lids”in sahibi Andrea Radritsanidir.
“Sampdoriya” ciddi maliyyə problemləri yaşayır, klubun sahibi Massimo Ferrero maliyyə cinayətlərinə görə həbs edilib.
Klubun 13,5 milyon avro maaş borcu var. Mayın 30-dək ödənilməsə, klub növbəti mövsüm B Seriyasında iştirak üçün müraciət edə bilməyəcək. Radritsani “Sampdoriya”ya 55 milyon avro sərmayə qoymağa hazırdır.
Qeyd edək ki, “Lids” 37 turdan sonra 31 xal toplayaraq Premyer Liqada 19-cu pillədə qərarlaşıb və böyük ehtimalla, elitanı tərk edəcək.
Aut.az
