İngiltərəİtaliya

“Siti” 70 milyona onun transferini tamamladı: İngiltərə uçur

“Mançester Siti” və “Milan” klubları Niderland yığmasının və “rossoneri”nin mərkəz yarımmüdafiəçisi Tidjani Reyndersin transferi ilə bağlı razılaşmaya yaxındır.

Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Transferin ümumi dəyəri bonuslarla birlikdə təxminən 70 milyon avro təşkil edəcək. Futbolçunun İngiltərə klubunda tibbi müayinədən keçməsi planlaşdırılır. Bununla əlaqədar olaraq Reynders Niderland millisinin düşərgəsini qısa müddətə tərk edəcək.

“Bazar günü səhər Mançesterə uçuram, axşam isə Zeystə qayıdıb millidə hazırlıqları davam etdirəcəyəm”, — deyə futbolçu bildirib.

“Rossoneri” Reyndersi 2023-cü ilin yayında AZ Alkmaardan 20,5 milyon avroya transfer etmişdi. Ötən mövsüm 26 yaşlı yarımmüdafiəçi “Milan”ın liderlərindən birinə çevrilib. O, bütün turnirlərdə 54 oyunda 15 qol vurub və 5 məhsuldar ötürmə verib.

“Transfermarkt” portalı Reyndersi 50 milyon avro dəyərində qiymətləndirir.

Aut.az