Supermodel Həsəni canlı yayımda istefaya çağırdı
“Victoria’s Secret”in keçmiş supermodeli Haydi Klum uzun müddətdir ki, “Bavariya”nın fanatıdır.
Aut.az xəbər verir ki, “Leypsiq”ə məğlubiyyətdən (1:3) sonra ondan sevimli klubu haqda soruşanda, emosiyalarını cilovlaya bilməyib.
Matçdan sonra sosial şəbəkələrin birində canlı yayıma çıxan Kluma Həsən Salihamiciçlə bağlı sual verildikdə bunları deyib:
“Əslində Həsən istefa verməlidir”.
Bu mövsüm çempionatının başa çatmasına az qalmış “Bavariya” rəhbərliyi qeyri-populyar addım atdı: baş məşqçi Yulian Naqelsmannın komandanı qələbəyə aparmayacağına inanaraq, onu istefaya göndərdilər. Onun yerinə təyin olunan Tomas Tuxelin rəhbərliyi altında “Bavariya” Çempionlar Liqasında, Almaniya Kubokunda mübarizəni dayandırıb, Bundesliqada çempion olmaq şansları da özlərindən asılı deyil.
Ona görə də, Həsənin supermodelə qəzəblənməsi üçün heç bir əsas yoxdur.
Aut.az
