Almaniya

“Getdim” demişdi, qayıtdı

“Bayern” klubunun futbolçusu Tomas Müller Almaniya millisindəki karyerasını bərpa etmək qərarına gəlib.

Aut.az xəbər verir ki, baş məşqçi Hans-Diter Flik 34 yaşlı hücumçunu yoldaşlıq oyunları üçün yığmaya çağırıb. Bu barədə Almaniya Futbol İttifaqının rəsmi saytı məlumat yayıb.

Qətərdəki dünya çempionatı ərəfəsində millidəki karyerasını bitirdiyini açıqlayan təcrübəli futbolçu Dortmund “Borussiya”sında çıxış edən və zədə səbəbindən düşərgəyə qoşula bilməyən Niklas Fyullkruqu əvəzləyəcək.

Qeyd edək ki, Almaniya millisi sentyabrın 9-da Yaponiya, üç gün sonra isə Fransa ilə yoldaşlıq görüşü keçirəcək.