Mourinyo rusu təbrik etdi: Martina ona elə söz dedi ki… – FOTO
“Roma”nın baş məşqçisi Joze Mourinyo birmənalı qarşılanmayacaq hərəkəti ilə diqqət çəkib.
Aut.az xəbər verir ki, “Xüsusi” Romada keçirilən “Masters” yarışını izləyib. O, “İnstaqram” səhifəsində Rusiya təmsilçisi Daniil Medvedevi bu turnirdəki qələbəsi münasibətilə təbrik edib:
“Möhtəşəm bazar günü. Daniil Medvedevi qələbə münasibətilə təbrik edirəm. Holqer Runenin böyük gələcəyi var.
Boris Bekkerlə yenidən görüşməkdən və onunla bəzi məşq ideyalarını bölüşməkdən məmnunam. Əfsanə Martina Navratilova mənə, “Əgər futbolçu olsaydım, sənin oyunçun olmaq istərdim” deyəndə qulaqlarıma inanmadım.
Sözün düzü, onun məni tanıdığını belə bilmirdim! Məni xüsusi hiss etdirdiyiniz üçün çox sağ olun, Martina. Boris və Martina həyatdan həzz alın, biz tennis həvəskarları sizi həmişə sevəcəyik”.

Aut.az
