Detalları razılaşdırdılar: Yayda bu nəhəngə keçəcək
Argentina millisinin və “Brayton”un yarımmüdafiəçisi Aleksis Makallister klubunu dəyişməyə yaxındır.
Aut.az xəbər verir ki, yarımmüdafiəçi ilə “Liverpul” ciddi maraqlanır.
Bildirilir ki, tərəflər potensial transferin bütün detallarını praktiki olaraq razılaşdırıblar. Sövdələşmənin məbləği təxminən 70 milyon avro təşkil edəcək.
Aleksis 2022-ci il Dünya Kubokunda Argentina millisinin əsas yarımmüdafiəçisi olub və komandaya Dünya Kubokunu qazanmağa kömək edib.
Makallister bu mövsüm Premyer Liqada 33 oyuna çıxıb, 10 qol vurub və 2 məhsuldar ötürmə edib.
Aut.az
