Dərd batmanla gəlir: Onlar getməsə…
“Çelsi”də bu günlərdə böyük hərəkətlilik yaşanır.
Aut.az xəbər verir ki, buna səbəb klubun maliyyə qaydalarını pozma ehtimalıdır. “Zadəganlar” bu mövsüm üçün limiti aşdıqlarından bir neçə futbolçu ilə yollarını ayırmalıdır. Əks halda London təmsilçisini ağır cəzalar gözləyir.
Sanksiyalarla üzləşməmək üçün klub rəhbərliyi iyunun sonuna qədər bəzi oyunçularla yolları ayırmalıdır ki, artıq siyahı bəllidir. “Çelsi” rəhbərliyi həmin qarşıdakı bir ay ərzində Pier Emerik Obameyanq, Mateo Kovaçiç, Kristian Pulişiç, Hakim Ziyeş, Eduard Mendi, Kallum Hadson-Odoy və Ruben Loftus-Çiklə yollarını ayırmağa çalışacaq.
