Azərbaycan futbolu

“Neftçi”dən Rusiya səfərinə münasibət: Təklif…

Rusiya mətbuatı “Neftçi”nin Sankt-Peterburqda təşkil ediləcək klub turnirində iştirak edə bilcəyi barədə məlumat yayıb. Bildirilir ki, “ağ-qaralar” “Zenit”, “Fənərbağça” və “Srvena Svezda”nın qatılacağı mini-turnirdə mübarizə apara bilər.

Məsələ ilə bağlı “Neftçi”nin mövqeyini öyrəndik. “Neftçi”nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev Aut.az-a açıqlamasında bunları deyib:

“Bizə turnirlə bağlı heç bir rəsmi təklif gəlməyib. Sadəcə şifahi olaraq söhbət olub. Rəsmi formada təklif olmadığından qərar verməmişik ki, turnirə qatılırıq, ya yox”.