Ağır qəza keçirən PFL əməkdaşlarının son durumu: İkisi evə buraxıldı
Xankəndi istiqamətində hərəkət edərkən ağır qəza keçirən Peşəkar Futbol Liqasının (PFL) rəhbər heyətindən ikisi xəstəxanadan evə buraxılıb.
Aut.az xəbər verir ki, söhbət texniki-idman direktoru Elgiz Abbasov və icraçı direktor Zaur Hacı-Məhərrəmovdan gedir. Onlar müalicələrini ev şəraitində davam etdirəcəklər.
PFL-in media və marketinq direktoru Sənan Abdullayevin 2 gün sonra evə buraxılacağı gözlənilir.
Qurumun prezidenti Elxan Səmədov və vitse-prezidenti Aslan Şahgəldiyevin isə müalicəsi reanimasiya şöbəsində davam etdirilir.
Xatırladaq ki, PFL-in 5 əməkdaşı dekabrın 16-da səhər saat 6:20 radələrində Xankəndiyə gedərkən Ağdam rayonunun Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində ciddi xəsarət alıblar.
