UEFA-nın C kateqoriyalı məşqçi kursunun 1-ci mərhələsi başa çatdı
AFFA-nın təşkilatçılığı ilə Bakıda keçirilən UEFA-nın C kateqoriyalı məşqçi kursunun 1-ci mərhələsi başa çatıb.
Aut.az xəbər verir ki, Kurs Təhsil və Reabilitasiya Mərkəzində təşkil olunub.
Məşğələlərə təlimatçılar İlham Əzizzadə və Dəyanət Əliyev rəhbərlik ediblər.
