İngiltərə

Fərhad amerikalılarla anlaşdı

İngiltərənin “Everton” klubu yaxın vaxtlarda satıla bilər.

Aut.az xəbər verir ki, bu barədə  “Daily Mail” məlumat yayıb. Bildirilir ki, klubun gələn həftənin əvvəlində ABŞ investisiya fondu “777 Partners” tərəfindən alınacağı gözlənilir.

Müqavilənin şərtlərindən biri də yeni sahibin stadion tikintisinə 505 milyon sərmayə qoymaq öhdəliyidir.

“Everton”un əsas sahibi 94% payla Fərhad Moşiridir. İran əsilli britaniyalı iş adamı 2016-cı ildən klubun sahibidir.

36 turdan sonra mersisaydlılar turnir cədvəlində 17-ci yerdədir. Onları düşmə zonasından 1 xal ayırır.

Aut.az