İngiltərə

Ötən mövsüm gedirmiş – Həyat yoldaşı qoymayıb

Yurgen Klopp hələ ötən mövsüm “Liverpul”dan ayrılmaq istəyirmiş.

Aut.az xəbər verir ki, onu komandada qalmağa həyat yoldaşı inandırıb.

“The Times”a görə, Klopp keçən mövsümün ortasında “Liverpul”dn ayrılmağa yaxın olub, lakin həyat yoldaşı Ulla Mersisaydda həyatdan zövq aldığı üçün onu klubda qalmağa inandırıb.

Cümə günü “Liverpul”un baş məşqçisi cari mövsümün sonunda klubu tərk edəcəyini açıqlayıb.

Qeyd olunur ki, pərəstişkarları üçün lentə alınan videomüraciətdə Klopp qərarını həyat yoldaşına izah etmək üçün “bir yol axtardığını” deyib.

Aut.az