İngiltərə

“Siti” futbolçusunu Premyer Liqa klubuna satdı

“Fulhem” “Mançester Siti”nin yarımmüdafiəçisi Oskar Bobbun transferini rəsmən açıqlayıb.

Aut.az xəbər verir ki, 22 yaşlı norveçli futbolçu ilə müqavilə 2031-ci ilin yayına qədər nəzərdə tutulub.

“Sky Sports”un məlumatına görə, transferin məbləği 27 milyon funt-sterlinq təşkil edib. Həmçinin “şəhərlilər” futbolçunun gələcək satışından əldə olunacaq məbləğin 20 faizi həcmində pay almaq hüququnu saxlayıblar.

Oskar Bobb 2023-cü ildən etibarən “Mançester Siti”nin əsas komandasında çıxış edirdi. Bu mövsüm bütün turnirlərdə 15 oyunda meydana çıxan futbolçu Premyer Liqada bir məhsuldar ötürmə ilə yadda qalıb.

Aut.az