İngiltərə

Rəsmi: Rekord məbləğə satıldı

“Vest Hem” kapitanı Deklan Raysı “Arsenal”a satıb.

Aut.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Transferin neçəyə reallaşdığı haqda məlumat verilmir. Amma bildirilir ki, bu, İngiltərə futbolu üçün rekord məbləğdir.

Qeyd edək ki, İngiltərə daxilində indiyə qədər rekord transfer məbləği Cek Qrilişin “Aston Villa”dan “Siti”yə keçidi sayılırdı – 117.5 milyon avro.

24 yaşlı Deklan Rays “Çelsi”nin yetirməsidir, lakin 14 yaşından “Vest Hem”də çıxış edir. Ümumilikdə yarımmüdafiəçi “çəkicdöyənlər” in heyətində 245 matçda 15 qol vurub və 13 məhsuldar ötürmə edib.

Aut.az