Messi az qala qəza törədəcəkdi – VİDEO
Lionel Messi ABŞ-da az qala qəzaya düşəcəkdi.
Aut.az “Marca”ya istinadən xəbər verir ki, hücumçunun “İnter Mayami”nin məşq bazasından ağ avtomobillə çıxmasını lentə alan Argentinanın “TyC Sports” kanalı argentinalının işıqforun qırmızı işığında keçdiyi anı yayımlayıb.
Polisin müşayiət etdiyi Messinin avtomobili yol kəsişməsinə çıxarkən gərgin vəziyyət yaradıb. Xoşbəxtlikdən qəzanın qarşısı alınıb.
Messinin “İnter Mayami”nin oyunçusu kimi təqdimatı iyulun 16-da baş tutacaq.
