“Lion”dan Premyer Liqaya
“Bornmut” heyətini yeni futbolçu ilə gücləndirib.
Aut.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Lion”dan Roman Favrı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi ilə razılaşmanın detalları açıqlanmayıb.
Favr 2021-ci ildən “Lion”da çıxış edirdi. O, ötən mövsüm icarə əsasında “Loryan”da forma geyinib. Fransalı futbolçu bu komandada 17 oyun keçirib.
