35 azarkeş saxlanıldı- FOTO
Rusiyada MOİK və “Zenit” komandaları arasında keçiriləcək Superkubok matçından əvvəl 35 azarkeş saxlanılıb.
Aut.az xəbər verir ki, fanatlar Kazandakı matça gedərkən tutulublar.
Onların hamısı polis şöbəsinə aparılıb. Tərəfdarlardan 28-i barədə inzibati xəta haqqında protokol tərtib edilib. Azarkeşlərin bəziləri xuliqanlıq maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub.
Fanatlar Kazana gedən qatardakı sərnişinlərin şikayətləri əsasında saxlanılıblar.
Qeyd edək ki, bu gün Kazanda baş tutacaq “Zenit” – MOİK oyunu Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

