İtaliya

Yeni müqaviləsinin detalları bəlli oldu

“Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya klubu ilə yeni müqavilə imzalamağa yaxındır.

Aut.az xəbər verir ki, bu barədə “Twitter”də  jurnalisti Nikolo Şira məlumat verib.

Futbolçunun “Napoli” ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. Tərəflər müqaviləni bir il uzatmağa yaxındırlar. Bundan sonra futbolçunun maaşı illik 1,1 milyon avrodan 3 milyon avroya yüksələcək.

Kvaratsxeliya bu mövsüm “Napoli”nin heyətində bütün turnirlərdə 38 oyuna çıxıb, 14 qol vurub, 16 məhsuldar ötürmə edib.

“Transfermarkt” oyunçunu 85 milyon avro dəyərində qiymətləndirir. Xviça 2022-ci ildə “Napoli”yə keçib. Futbolçu Neapol klubun heyətində İtaliya çempionu olub.

Aut.az