İtaliya millisinə “yox” dedi: Səbəbini belə izah etdi
“Roma”nın sabiq baş məşqçisi, hazırda klub rəhbərliyində çalışan Klaudio Ranyeri İtaliya millisinə rəhbərlik təklifini rədd edib.
Aut.az xəbər verir ki, jurnalist Nikola Şira “X” sosial şəbəkəsində Ranyerinin sözlərini sitat gətirib.
“Milli komandanı çalışdırmaq təklifinə görə prezident Qravinaya təşəkkür edirəm. Bu, böyük şərəfdir, amma bu barədə düşünmüşəm və yeni vəzifəmdə tamamilə “Roma”nın sərəncamında qalmağa qərar vermişəm. Klub sahibləri verdiyim istənilən qərarda mənə tam dəstək və köməklik göstəriblər, lakin seçim mənimdir”, – Ranyeri deyib.
Bundan əvvəl Luçano Spaletti 2023-cü ilin sentyabrından rəhbərlik etdiyi İtaliya millisinin baş məşqçisi postundan istefa verib.
Aut.az
