İtaliya

“Milan”ın finaldakı rəqibi bəlli oldu

İtaliya kubokunda sonuncu finalçının adına aydınlıq gəlib.

Aut.az xəbər verir ki, bu gün “Bolonya” evdə “Empoli” ilə qarşılaşıb.

İlk oyunda 3 cavabsız qola sevinmiş bolonyalılar cavab görüşündə də qalib gələrək finala çıxıblar.

Beləliklə, mayın 14-də keçiriləcək final qarşılaşmasında “Milan” və “Bolonya” üz-üzə gələcəklər.

İtaliya kuboku
Yarımfinalın cavab oyunları

23 aprel

İnter – Milan 0:3
Qollar: Yoviç, 36; 49. Reynders, 85.
İlk oyun – 1:1.

24 aprel

Bolonya – Empoli 2:1
Qollar: Fabbian, 7. Dallinqa, 86 – Kovalenko, 33.
İlk oyun – 3:0.