İspaniya

Yaxınları ilə görüşdülər, yalvardılar ki, müqaviləni uzatmasın

“Barselona” “Leypsiq”in yarımmüdafiəçisi Daniel Olmodan klubu ilə müqaviləni yeniləməməyi xahiş edib.

Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Olmonun klubla müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. “Leypsiq”in müqaviləni uzatmaq üçün danışıqlar apardığını bilən “Barselona” futbolçuya yaxın adamlarla qeyri-rəsmi görüş təşkil edib.

Görüşdə Xavi də iştirak edib. “Barselona” klubun akademiyasında təhsil alan Danieli geri qaytarmaqda maraqlı olduğunu bildirsə də, oyunçunu pulsuz almaq istədikləri üçün ondan “Leypsiq”lə müqaviləsini yeniləməməsini istəyib. “Real” və “Bayern” də vəziyyəti izləyir.

“Transfermarkt” tərəfindən Olmoya 40 milyon avro qiymət qoyulub.

Aut.az