Türkiyə

O vaxta qədər “Qalatasaray”da qalacağına əmin deyil

“Qalatasaray”ın yarımmüdafiəçisi Nikolo Zaniolo müqaviləsinin sonuna qədər Türkiyədə oynayacağına əmin deyil.

“Müqaviləmə əsasən dörd il ərzində Türkiyə çempionatında oynayacağıma zəmanətim yoxdur. Yanvarda “Bornmut” və “Fənərbaxça”dan da təklif aldım, amma sözü gözəl stadionu olan “Qalatasaray”a vermişdim”, – deyə jurnalist Fabritsio Romano “Twitter”də Zaniolodan sitat gətirib.

23 yaşlı Zaniolo 2023-cü ilin yanvarında “Roma”dan 15 milyon avroya “Qalatasaray”a keçib və 35 milyon avroya satın alma opsionu ilə müqavilə imzalayıb.

Aut.az