İspaniya

Kroosun nömrəsi ona veriləcək

İyunun 2-də Çempionlar Liqasının finalında “Real” Dortmund “Borussiya”sına qalib gəlib (2:0).

Bu matç Avro-2024-ün sonunda karyerasını başa vuracaq Madrid klubunun yarımmüdafiəçisi Toni Kroos üçün klub karyerasında sonuncu olub.

Aut.az xəbər verir ki, Kroosun “Real”da forma nömrəsi  Federiko Valverdeyə veriləcək.

Valverde Çempionlar Liqasının finalından sonra deyib: “Mən 15 nömrəni çox bəyənirəm, bu nömrə ilə “Real”da debüt etmişəm. Amma gələn mövsüm 8 nömrəni götürəcəyəm”.

Aut.az