Onunla 10 illik müqavilə bağlayın!
“Arsenal”ın sabiq müdafiəçisi Kolo Ture klub rəhbərliyini hücumçu Bukayo Saka ilə uzunmüddətli müqavilə imzalamağa çağırıb.
“Arsenal”a məsləhətim: Bukayo Saka ilə 10 illik müqavilə imzalanmalıdır! “Arsenal”ın son illərdə etdiyi səhvlərdən biri budur: klubu sevən oyunçulara sahib olsa da, onları əldən buraxıb.
Bu futbolçuları saxlamalıyıq, çünki onlar komandanı irəli aparacaqlar. Bunlar güvənə biləcəyiniz oyunçulardır, çətin anlarda hər şeyi yoluna qoyacaqlar, çünki onlar klubu sevirlər.
İki cür oyunçu var: klubu sevənlər və sadəcə gəlib-gedənlər. Klubu sevən oyunçulara ehtiyacınız var, çünki onlar bütün ürəkləri ilə mübarizə aparacaqlar”, – deyə “Sky Sports” Turedən sitat gətirib.
Bukayo Saka “Arsenal”ın yetirməsidir. Cari mövsümdə bütün yarışlarda 38 matçda 13 qol vurub, 10 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Aut.az
