“Mançester Siti”dən rəsmi transfer
“River Pleyt”in yarımmüdafiəçisi Klaudio Eçeverri “Mançester Siti”yə keçi
Aut.az xəbər verir ki, tərəflər arasında 2028-ci ilin iyun ayına qədər müqavilə imzalanıb. Müqavilənin şərtlərinə görə, yanvarda 18 yaşı tamam Eçeverri bir il “River Pleyt”də qalacaq.
Qeyri-rəsmi məlumata görə, transfer 16 milyon dollar dəyərində qiymətləndirilir.
Qeyd edək ki, Eçeverri ötən yay “River Pleyt”də debüt edib və komandanın heyətində 6 oyun keçirib, bir məhsuldar ötürmə edib.
