Azərbaycan futboluManşetSeçmə

Rövnəq Abdullayev: Danimarka oyunu qumara qoydu, Qazaxıstana qəsdən uduzdu  

Qazaxıstan yığması Avropa çempionatının seçmə mərhələsinin 2-ci turunda öz meydanında Danimarka ilə qarşılaşıb.

Adlı-sanlı rəqibdən çəkinməyən qazaxlar, hesabda 0:2 geridə olsalar da, əzmkar mübarizə apararaq qalib gəliblər – 3:2.

Azərbaycanın Danimarkadan qat-qat zəif olan Avstriya qarşısında biabırçı oyun sərgilməsi fonunda Qazaxıstanın qələbəsi nəhəng uğur kimi görünür gözümüzə.

İndi təsəvvür edin ki, AFFA prezidenti Rövnəq Abdullayevdən Qazaxıstanın qələbəsinə münasibət soruşurlar. Necə cavab verərdi? Yəqin ki, minlərlə versiya yazmaq olar. Amma ən uyğun versiya budur: “Azərbaycan yığması Qazaxıstandan güclüdür. Sadəcə Danimarka oyunu qumara qoydu, ona görə Qazaxıstana məğlub oldu. Çox da şişirtməyin”.

Aut.az