Prezident və xanımı “Qarabağ” – “Qalatasaray” oyununda – FOTO
Bu gün Bakı Olimpiya Stadionunda “Qarabağ”la “Qalatasaray” xeyriyyə qarşılaşmasında üz-üzə gəlir.
Aut.az xəbər verir ki, oyuna böyük maraq var, bütün biletlər satılıb.
Qarşılaşmanı stadiondan Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da izləyir.
Oyundan əldə olunacaq bütün gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Aut.az
