Qaydasız döyüş

Tofiq Musayev Nurməhəmmədovla eyni turnirdə

Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayevin növbəti görüşünün vaxtı bəlli olub.

Aut.az xəbər verir ki, 34 yaşlı idmançı “Bellator” çərçivəsində Dünya Qran-prisində qüvvəsini sınayacaq. Mükafat fondu 1 milyon dollar olan turnirdə Musayevlə yanaşı, rusiyalı Osman Nurməhəmmədov, Aleksandr Şabli, braziliyalı Ptriki Freyre (Pitbul), ABŞ təmsilçiləri Benson Henderson, Ey Cey Makki, Sidni Autlo və Tunis əsilli fransalı Mansur Barnaui də çıxış edəcək.

Qran-pri bu il martın 23-də start götürəcək. Tofiq yüngül çəkidə çıxış edəcək.

Qeyd edək ki, Tofiq Musayev “Bellator”dakı ilk döyüşündə Sidni Autloya cəmi 27 saniyəyə nokautla qalib gəlib.