Digər

Dünya çempionu avtomobilində güllələndi

Paktiki atıcılıq üzrə dünya çempionu Xorxe Ballesteros İspaniyada şəxsi avtomobilində güllələnərək öldürülüb.

Aut.az xəbər verir ki, bu barədə “Marca” yazıb.

Nəşrin məlumatına görə, Madridin mərkəzində dayanmış avtomobildə başından güllə yarası almış 39 yaşlı kişi tapılıb. Ballesteros təcili olaraq xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Xatırladaq ki,  Ballesteros 2017-ci ildə praktiki atıcılıq üzrə Dünya Çempionatında qızıl medal qazanmışdı. O, üçqat Avropa çempionu və 17 qat İspaniya çempionu olub.