Millimiz Bakıya qayıtdı
Taekvondo üzrə milli komandamız bu gün vətənə qayıdıb.
Aut.az xəbər verir ki, Polşada keçirilən III Avropa Oyunlarından vətənə qayıdan millimizi Heydər Əliyev adına beynəlxalq hava limanında federasiya rəhbərliyi, məşqçi-müəllimlər və idmançılar qarşılayıb.
Əməkdar məşqçi Məmməd Abdullayevin rəhbərliyi ilə yarışa qatılan milli komandamız yarışda 2 medal qazanıb. Səyyad Dadaşov (54 kq) gümüş, Qasım Maqomedov (58 kq) bürünc mükafata sahib olub.
