PSJ-nin hücumçusu Kilian Mbappe Çempionlar Liqasının 1/8 final mərhələsində “Bayern”ə məğlubiyyəti şərh edib.
Aut.az xbər verir ki, 24 yaşlı futbolçu bundan sonra bütün diqqətlərini daxili çempionata yönəldəcəklərini bildirib:
“Mövsümün əvvəlində demişdim ki, bu turnirdə qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Amma deyəsən, 1/8 final bizim üçün maksimumdur. Gücümüz elə bu mərhələyə qədərdir. Fransa çempionatının oyunlarına qayıdıb çempionluq uğrunda mübarizəyə davam edəcəyik”.
Qeyd edək ki, PSJ Liqa 1-də 26 oyundan sonra 63 xalla turnir cədvəlinin ilk pilləsində yer alır. Paris təmsilçisi ən yaxın izləyicisi “Marsel”i 8 xal qabaqlayır.