Rəsmiləşdi: “Yunayted”in tarixində belə biabırçılıq olmamışdı
“Mançester Yunayted” Premyer Liqada yarandığı gündən bəri ən pis mövsümünü keçirir.
Aut.az xəbərt verir ki, Ruben Amorimin komandası bu gün 32-ci turda ” Nyukasl”a uduzub (1:4). Çempionatın bitməsinə 6 tur qalmış komandanın 38 xalı var və 56 xaldan çox toplaya bilməyəcək.
“Mançester Yunayted” heç vaxt Premyer Liqada 58-dən aşağı xal toplamayıb. Antirekord 2021/22 mövsümündə qeydə alınıb.
Aut.az
