Gedəcəyini açıqladı
“Arsenal”da ayrılıq reallaşacaq.
Aut.az xəbər verir ki, uzun müddətdir bu klubda çalışan icraçı direktor Vinai Venkatesham mövsümün sonunda klubu tərk edəcəyini açıqlayıb. “Bu çətin bir qərar idi. Lakin başqa bir problemlə məşğul olmağın vaxtı çatıb”, – deyə Venkatesham bildirib.
O, 14 il “Arsenal”da faəliyyət göstərir. Bu müddət ərzində müxtəlif vəzifələrdə çalışıb.
