İngiltərə Federasiya kubokunun 1/32 final mərhələsi çərçivəsində keçirilən “Mançester Siti” – “Çelsi” matçı təkcə “şəhərlillər”in 4:0 hesablı qələbəsi və mərhələ adlaması ilə əlamətdar olmayıb.
Aut.az xəbər verir ki, Pep Qvardiolanın rəhbərlik etdiyi komandanın ehtiyat oyunçular skamiyası diqqət çəkib. Orada Ederson Moraeş, Con Stons, Joa Kanselo, Natan Ake, Kevin De Bruyn, İlkay Gündoğan, Kelvin Fillips və Erlinq Holand kimi adlar yer alıb. Qvardiola sıx təqvimlə əlaqədar olaraq ulduz futbolçularına istirahət vermək qərarına gəlib. Onların ümumi dəyəri 495 milyon avro olub.
“Mançester Siti”nin “zadəganlar”la oyundakı ehtiyat heyəti daha da bahalı – yarım milyarddan çox ola bilərdi. Ehtiyat oyunçular skamyasında doqquzuncu oyunçu “şəhərlilər”in yetirməsi Riko Lyuis olmasaydı. Onun dəyəri 1 milyon avrodur.
Bahalı futbolçulardan Cek Qriliş (70 milyon) və Ruben Diaşın (75 milyon) adı, ümumiyyətlə matçın iştirak ərizəsinə salınmayıb.
İngiltərə futbolundakı sıx təqvim ilə əlaqədar baş məşqçilər tez-tez heyətdə rotasiyalar etmək məcburiyyətində qalırlar. Ona görə bu kimi hallar mütəmadi olmasa da, müəyyən müddətdən bir təkrarlanır. Xüsusilə, “Mançester Siti” kimi güclü və bahalı futbolçulara malik komandada.
Ederson Moraeş – 45 milyon avro
Con Stons – 30 milyon avro
Joa Kanselo – 70 milyon avro
Natan Ake – 30 milyon avro
Kevin De Bruyn – 80 milyon avro
İlkay Gündoğan – 25 milyon avro
Kelvin Fillips – 45 milyon avro
Erlinq Holand – 170 milyon avro