İspaniya

“Real”dan gözlənilməz qərar: Çempion olsalar…

“Real” La Liqanın 34-cü turu çərçivəsində bu gün baş tutacaq “Kadiz”lə görüşdə çempionluğunu rəsmiləşidərərsə, bu uğuru qeyd etməmək qərarına gəlib.

Aut.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Mənbənin sözlərinə görə, Madrid klubu hazırda diqqətini Çempionlar Liqasına yönəldib. “Bavariya” ilə yarımfinal görüşlərinin taleyi həll olunmayana qədər “kral Klubu” şənlik və tədbir təşkil etməyəcək.

Çempionluğu rəsmiləşdirmək üçün Madrid klubuna 4 xal lazımdır, lakin 34-cü turda 73 xalla ikinci yerdə olan “Barselona” 71 xalla üçüncü yerdə olan “Jirona”ya uduzsa, o zaman ” “Real” İspaniya çempionu olacaq.

Xatırladaq ki, “Real”in “Bavariya” ilə cavab oyunu mayın 8-də baş tutacaq.