İngiltərəİspaniya

Enrikenin elə davranışından sonra “nə əclafdır” deyib

“Valensiya”nın keçmiş baş məşqçisi Qari Nevill 2015-ci ildə İspaniya Kral Kubokunun yarımfinalında “Barselona”ya 0:7 hesabı ilə məğlub olduqları oyunu xatırlayıb.

Aut.az xəbər verir ki, qarşılaşmadan sonra həmin vaxt “Barsa”nın baş məşqçisi olan Luis Enrike davranışı ilə Qarini məyus edib.

“Bu, Kral Kubokunda 7:0-dan sonra idi. “Barselona” üçün elə də vacib yarış deyil. Qol vurdular, qol vurdular, amma Enrike komandanın liderlərini dəyişmədi.

Oyunun sonunda onun əlini sıxmaq üçün getdim. Amma o, mənə məhəl qoymayaraq yanımdan keçib getdi. “Nə əclafdır” deyə düşündüm. Bu iyrəncdir. Bu, “evə get, uşaq” demək kimidir. Hiss etdim ki, bu, onun mənə göndərdiyi bir növ mesajdır”, – Nevill “X” sosial şəbəkəsində yazıb.

Xatırladaq ki, 49 yaşlı mütəxəssis 2015-ci ilin dekabrından 2016-cı ilin martına kimi “Valensiya”nın baş məşqçisi postunda çalışıb. Bu müddətdə “yarasalar” bütün turnirlərdə 28 oyun keçirib, 10 dəfə qalib gəlib, 7 dəfə heç-heçə edib, 11 dəfə məğlub olub.

Aut.az