Bazanı gəzdi, məyus oldu: Biabırçılıqdır
“Mançester Yunayted”in yeni həmsahibi komandanın bazasında bəzi infrastruktur obyektlərinin durumundan narazı qalıb.
Aut.az xəbər verir ki, “Daily Mail” qəzeti Cim Ratkliffin klub işçilərinə göndərdiyi məktubu əldə edib.
“Bu həftə “Carrington” və “Old Trafford”a gözəl səfərim oldu. Həmişə olduğu kimi, özümü çox xoş hiss etdim. Çox sağ olun. Bəzi obyektlərə gözəl bir ekskursiya etdim.
Təəssüf ki, bir çox yerlərdə səliqəsizliyin olması məni məyus etdi. Bu, xüsusilə İT departamentinə aiddir, açıq şəkildə biabırçılıqdır və U18 və U21 komandalarının soyunub-geyinmə otaqları da o qədər yaxşı deyil.
Bu standartlar “Ineos”da görmək istədiyimiz deyil. “Mançester Yunayted” elit idman təşkilatıdır.
Bu, bir çox cəhətdən kiçik bir şeydir, lakin standartlar və nizam-intizam yoxdursa, təşkilat uğur qazana bilməz”,- Ratkliff bildirib.
Aut.az
