“Barselona” onu yalnız bu halda satacaq
“Barselona” hücumçu Ferran Torresə güvənir və “Mançester Siti”yə 8 milyon avro ödəməli olmasına baxmayaraq, sentyabr ayında onun müqaviləsini uzatmaq istəyir.
Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Daha əvvəl media orqanları PSJ-nin 2026-cı il Dünya Kubokunun qalibi ilə maraqlandığını bildirmişdi. Hücumçunun Kataloniya klubundan ayrılmağa hazır olduğu vurğulanırdı.
Mənbənin məlumatına görə, “Barselona” yalnız Torresin xahişi ilə onu satmağa hazır olacaq. “Blaugrana” maliyyə feyr-pleyi qaydalarına riayət etmək üçün yay transfer pəncərəsi bağlandıqdan sonra 26 yaşlı hücumçunun müqaviləsini uzatmağı planlaşdırır.
Ötən mövsüm Torres bütün yarışlarda 49 oyun keçirib, 21 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2027-ci ilin yayına qədərdir.
“Transfermarkt”dakı məlumata görə, onun bazar dəyəri 50 milyon avrodur.
Aut.az
