“Barsa” istəyirdi, “Çelsi” də mübarizəyə qoşuldu
“Çelsi” sol cinah və hücumçu mövqelərini gücləndirmək üçün futbolçu axtarır.
Aut.az xəbər verir ki, “Atletik”in gənc ulduzu Niko Uilyams seçimlərdən biri kimi qeyd olunur.
Bu barədə “The Athletic” məlumat yayıb.
Futbolçu İspaniya millisinin tərkibində Avro 2024-də yaxşı çıxış etdi və bir çox klubların, o cümlədən “Barselona”nın diqqətini çəkib. Lakin “Çelsi” oyunçu üçün mübarizə aparmağa hazırdır. Uilyams ötən mövsüm 37 oyunda 8 qol vurub və 19 məhsuldar ötürmə edib.
Aut.az
